İT departamenti, Sistem idarəetməsi şöbəsi, Sistem inzibatçısı

İşin təsviri

Vəzifənin adı: İnformasiya Texnologiyaları departamenti, Sistem idarəetməsi şöbəsi, Sistem inzibatçısı

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Ən azı 3 il iş təcrübəsi;
• Windows ƏS sistemləri, MS Exchange Server üzrə dərin biliklər, həmçinin Server və Storage üzrə praktiki biliklər.
• Mail serverin qurulması, idarə olunması və optimallaşması üzrə dərin biliklər və yüksək təcrübə,
• Məlumatların reservləşdirilməsi və backup olunması prosedurlarını bilmək və programları ilə işləmə bacarığı,
• Qeyd olunan sahədə(Sistem inzibatçılığı) minimum 3 il iş təcrübəsi,
• Windows Server mühitində AD infrastrukturu, MS Exchange Server, MS TMG, MS NPS, Citrix və Microsoft Core infrastruktur texnologiyaları(AD, DFS, Clustering, IIS, Terminal xidmətləri və s.) Sahəsində güclü məlumatlar,
• Virtuallaşma texnologiyası(Vmware) təcrübə,
• MS Exchange konfiqurasiyasının tətbiqi/idarə edilməsində yüksək təcrübə (Clustering və s.);
• İnformasiya təhlükəsizliyi, məlumatların qorunması, viruslara qarşı sistemlərin və program təminatlarının idarə edilməsi sahəsində yaxşı bilik və təcrübə,
• Backup proseslərində, backup proqramlarında mükəmməl bacarıqlar,
• IP Şəbəkəsi (TCP / IP, IP ünvanı) və ümumi internet xidmətləri, protokol və proqramları (DNS, SMTP, HTTP / HTTPS, LDAP) yüksək biliklər,
• MCSA/MCSE, VCP, sertifikatlaşdırma plus;

Vəzifə öhdəlikləri:

• Bütün verisa Windows ƏS qurulması, konfiqurasiyası və idarə olunması;
• Server və storagelərin qurulması və idarə olunması;
• Sistemlərin yüklənməsinin effektivliyinin analizi və monitorinqini etmək;
• Profilaktik tədbirlərin görülməsi və planlaşdırılması;
• Sistemlərin yüksək dərəcədə balanslaşdırılması və etibarlı işini təmin etmək;
• Hardware və proqram təminatı problemləri daxil olmaqla sistem səviyyələrində problemlərin aradan qaldırılması;
• İnformasiya sızmalarının qarşısını almaq;
• Sistem və konfiqurasiya fayllarının müntəzəm surətlərini yerinə yetirmək;
• İT İnkişaf hədəfləri/planlarına əsasən yeni İT infrastruktur sistemlərinin, alətlərinin və texnologiyalarının inkişafında və dəstəklənməsində iştirak etmək;
• Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək;
• İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq;
• sistemin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə hesabat vermək;
• İT siyasəti və prosedurlarına uyğun olaraq vəzifələri yerinə yetirmək;
• İT əməliyyatlarında və İT avadanlıqları üçün maddi məsuliyyət daşımaq;
• Şöbə müdürünün yaxud menecerinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək;
• Prosedurlar və təlimatlara uyğun olaraq vəzifələrin icrası;
• Şirkət məlumatlarının məxfiliyini təmin etmək;
• Parolun məxfiliyini təmin etmək;
• Məsuliyyət sahələri üzrə hesabatların hazırlamaq;
• Mövcud sistemlərin təkmilləşdirmək;
• İT siyasət / prosedur qaydalarının pozulmasına reaksiya vermək;
• Hardware və proqram təminatının təkmilləşdirilməsi / yeniləmə və dəyişdirilməsini bilmək;
• Konfiqurasiya dəyişikliyini bilmək;
• Kritik problemlər üçün vaxtında reaksiya vermək;
• Cyber hücumların qarşısını alınmaq;
• Yeni texnologiyaları tətbiq etmək.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]  və ya  [email protected]

İşəgötürənin reytinqi