Tikinti İşləri üzrə Sahə Rəisi (Lənkəran)

İşin təsviri

Lənkəran şəhərindəki layihədə Tikinti İşləri üzrə Sahə Rəisi

Tabe olduğu struktur: Layihə rəhbəri

Vəzifə, səlahiyyət və öhdəliklər:

1. İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək.
2. Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək.
3. Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlamaq.
4. Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək.
5. Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək.
6. Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək.
7. Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək.
8. Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq.
9. Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək.
10. İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq, işin görülməsinin təmin edilməsi.

İşçiyə tələblər:

1. İnşaat mühəndisliyi sahəsində bakalavr təhsili olmalı;
2. Tikinti sahəsi üzrə ən azı 6 il təcrübəyə malik olmalı;
3. Rus və İngilis dilini yaxşı səviyyədə bilməli.

Qeyd: CV göndərərkən mövzu bölümündə vakansiyanın adı qeyd olunması mütləqdir.

Təcrübədən asılı olaraq namizədlə əmək haqqı individual olaraq razılaşdırılır.

Maraqlanan şəxslər mövzu xanasında Sahə Rəisi sözünü qeyd etməklə şəkilli  cv lərini  [email protected]  mail ünvanına göndərə bilərlər.