Keyfiyyətə Nəzarət üzrə Menecer (Lənkəran)

İşin təsviri

Lənkəran layihəsində Keyfiyyətə Nəzarət üzrə Menecer

Şirkət: Management Construction and Mounting MMC

Vəzifə: Keyfiyyətə Nəzarət üzrə Menecer

Vəzifə və öhdəlikləri:

İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
Fərdi fəaliyyət planı tərtib etmək;
Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
İSO standarları üzrə bilikləri (Sənədləşmə, kargüzarlıq.)

Tələblər:

Azərbaycan, rus və İngilis dili biliy  əla səviyyədə olmalı ;
vəzifə üzrə 3-5 il iş təcrübəsi;
Təcrübədən asılı olaraq namizədlə əmək haqqı individual olaraq razılaşdırılır.

Maraqlanan şəxslər mövzu xanasında Keyfiyyətə Nəzarət üzrə Menecer sözünü qeyd etməklə şəkilli  cv-lərini [email protected]  mail ünvanına göndərə bilərlər.