SMM üzrə Menecer

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 17.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group “SMM üzrə Menecer” vakansiyası elan edir.

İş barədə:

- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
- Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və web sayt, social media və bloga yerləşdirilməsi;
- Müştərilər tərəfindən rəylərdə və inboxda yazılan sualların cavablandırılması;  
- Bütün marketinq aktivliklərinin idarə olunması və həyata keçirilməsi;
- PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi;
- Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə dair tələblər

- Ali təhsil (Marketinq sahəsində)
- Social media marketing (SMM) üzrə azı 3 il iş təcrübəsi
- Yaş həddi 25-35
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, İngilis dili
- Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
- Ms. Office proqramlarını bilməlidir.
- Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
- Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti.
- Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
- Əməkhaqqı – 700 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər)

CV-lərinizi [email protected] ünvanına "SMM üzrə Menecer" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi