Xəritəçəkmə üzrə mütəxxəsiss (Topoqraf)

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 26.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Agro Dairy” şirkəti Xəritəçəkmə üzrə mütəxxəsiss (Topoqraf) vəzifəsinə işə qəbul elan edir.

Vəzifəyə qarşı tələblər:

• Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların)  hazırlanması, başqa sənədlərin surətinin çıxarılması, çoxaldılması;
• Kartoqrafik işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
• Xəritələrin tərtibində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması, vacibliyi lazım olan avadanlıqların əməli qeydiyyatlarının aparılması;
• Müxtəlif üsullarla çöl və kameral geodeziya və qravimetrik işlərin  yerinə yetirilməsi;
• Xüsusi ölçmə işlərinin aparılması.
• Əməli olaraq ölçü vasitələrinin qeydiyyatının aparılması, topoqrafiya-geodeziya işlərində planın yerinə yetirilməsi haqqında hesabatın hazırlanmasında lazım olan məlumatların toplanması;
• Topoqrafiya-xəritəsini (planını) müxtəlif üsullarla yaradılmasında çöl və kameral  topoqrafik planalma işlərinin yerinə yetirilməsi.
• Ərazidə topqrafiya və geodeziya işlərinin aparılmasına bələdçilik edilməsi.

Xüsusi qeyd: Fəaliyyət sahəsi Şamaxı və Hacıqabul rayonlarını əhatə edir, qeyd edilən və ona yaxın rayonlarda yaşayan namizədlərə üstünlük veiləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəritəçəkmə üzrə mütəxxəsiss (Topoqraf)” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi