Azərbaycan Beynəlxalq Bankı filiallarda İstehlak Kreditləri üzrə Mütəxəssis (Satış Mütəxəssisi) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
Mütamadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirilməsi;
Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılması;
Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
Davranış səriştələri:
Müştərilərlə nəzakətli ünsiyyət;
Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
Müəyyən olunmuş qanunvericiliyin tələblərinə riayət edilməsi və təlimatların öyrənilməsi;
Satış və təmsilcilik keyfiyyətlərinin olması;
Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
Bank sahəsində (Satış və ya istehlak kreditləri üzrə) 1-3 il iş təcrübəsi;
Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək;
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.
Digər əsas keyfiyyətlər:
Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
Məsuliyyətli, təşəbbüskar, dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq.
Bu iş sizə nələri qazandıracaq:
Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Satış bacarıqlarının artırılmaq bacarıqları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 9 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlak Kreditləri üzrə Mütəxəssis (Satış Mütəxəssisi)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az