Aqronom

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 18.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Agro Dairy” şirkəti Aqronom vəzifəsinə işə qəbul elan edir.

Namizədə qarşı tələblər:

- Müxtəlif kənd təsərrüfatı bitkilərinin (xüsusilə, dənli-taxıl, qarğıdalı, şəkər çuğunduru, yem bitkiləri və s.) yetişdirilməsi (becərilməsi) texnologiyaları sahəsində peşəkar bilik və təcrübə;
- Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
- Alaq otlarını (bitkiləri) tanıma və onlara qarşı kimyəvi mübarizə tədbirlərinin tətbiqi sahəsində bilik və təcrübə;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərəvericilərinə qarşı mübarizə tədbirləri sahəsində bilik və təcrübə;
- Herbisidlər, fungisidlər, insektisidlər və digər zəhərli kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə;
- Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə  proqramların hazırlanması;
- Toxumçuluq məsələləri, toxum yetişdirmə sahəsində bilik və təcrübə;
- Müasir elmi-texnoloji yenilikləri bilməsi və kompüter biliklərinə malik olması

Xüsusi qeyd: Fəaliyyət sahəsi Şamaxı və Hacıqabul rayonlarını əhatə edir, qeyd edilən və ona yaxın rayonlarda yaşayan namizədlərə üstünlük veiləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi