Satış Müdirləri

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 18.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış Müdirləri

İş Yerləri :  Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərləri

Vəzifələri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
• Satışın stimullaşdırılması üçün tədbirlərin görülməsi
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması
 
Tələblər:

• Ali təhsil (mağistr təhsilinin olması arzuolunandır)
• Azərbaycan və Rus dillərində sərbəst, İngilis dili arzuolunandır
• Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsi olmalı
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Marketinq və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
• Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
• Təqdimat hazırlama bacarığı və auditoriyada çıxış etmək qabiliyyəti olmalı

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected]  elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Satış Müdiri” qeyd olunmalıdır) göndərə bilərlər. 

İşəgötürənin reytinqi