Mikromaliyyə üzrə mütəxəssis

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 11.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MİKROMALİYYƏ ÜZRƏ MÜTƏXƏSSİS

İş barədə məlumat

• Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin müraciətlərinin qəbul edilməsi;
• Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti;
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq;
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi;
• 6/7 (şənbə qısaldılmış iş günü).

Namizədə tələblər

• Mikromaliyyə sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir ;
• Riyazi biliklərə və analitik düşüncə qabiliyyətinə sahib olmalı ;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı ;
•  MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil ;
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti ;
• Qərarvermə və problem həlletmə qabiliyyəti ;
• Stressə davamlılıq ;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mikromaliyyə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi