Korporativ Satış Meneceri

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 27.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group “Korporativ Satış Meneceri” üzrə vakansiya elan edir.

İş barədə:

- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Satışın yüksək səviyyədə həyata keçirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
- Korporativ satış planının yerinə yetirilməsi.
- İş qrafiki: I-VI  günlər (tam iş günü)

Əmək haqqı:   1000-1500 AZN

Namizədə dair tələblər

- Ali təhsil (Satış və marketinq sahəsində)
- İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması, tikinti sektorunda təcrübəsi olması üstünlük hesab ediləcək.
- Yaş həddi - 25-35
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli 
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
- idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
- Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı;
- Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

CV-lərinizi [email protected] ünvanına "korporativ satış meneceri " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi