Satış və Marketinq Direktoru

  • Almet JSC
  • Elanın qoyulma tarixi: 17.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış və Marketinq  Direktoru

Şirkət haqqında məlumat :

ALMET  ASC  ― bir əsrlik tarixə və ənənələrə malik dinamik inkişaf edən çoxprofilli şirkətdir Şirkət əlvan metaldan tökmə üsulu ilə yüzlərlə məhsullar istehsal edərək illərdiki Azərbaycanın inşaat bazarının metal sektorunda “ ALMET ” markası altında öz liderlilik pozisiyasını qoruyub saxlayır. Alümindən tökmə üsulu ilə hazırladığımız  işıqlandırma sistemləri, besedkalar, eyvan üçün məhəccərlər, vintvari pilləkənlər, qeyri - adi ornamentlərlə işlənilən darvazalar, qapılar, fontanlar, skamyalar, stol və stullar və bütün digər məhsullar Almaniyanın, Türkiyənin qabaqcıl firmalarından alınan avadanlıqlarla təchiz olunmuş 4 hektar açıq, 1.3 hektar qapalı sahəni əhatə edən zavodumuzda istehsal olunur. Zavodumuz və məhsullarımızı nümayiş etdirdiyimiz  4000 m² əraziyə malik Showroom - Salonumuz Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşir.

http://almet.az/az

Namizədə Tələblər:

• Satış sahəsində ümumilikdə 10 il , Satış və Markentinq  sahəsində rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi olmaq.
• Müvafiq sahədə ali təhsil diplomu olmaq.
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.
• Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq
• Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
• Marketinq strategiya və planların hazırlanması metodologiyasını, bazarda mövqeləşmə və seqmentasiya üsullarını bilməli
• Heyətin idarəolunması qayda və normalarını bilməli
• İngilis (yazılı və şifahi), Azərbaycan, Türk və Rus dillərini bilmək bacarığı
• MS Office proqramlarında işləmək bacarığı

İş barədə məlumat:

• Şirkətimizdə əlvan metaldan (alümin)  hazırlanan (villalar, binalar, parklar, yollar, dövlət və ictimai obyektlər  üçün nəzərdə tutulan işıqlandırma sistemləri, besedkalar, eyvan üçün məhəccərlər, darvazalar, fontanlar) məhsullarin satişini təşkil etmək
• Satış planlarını və layihələrini hazırlamaq
• Məhsulların nəinki yerli bazarda ,xarici bazarda da satışını təşkil etmək.
• Satış və Marketinq şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək
• Şirkətin marketinq planlarının hazırlanması və icrası
• Marketinq və biznesin inkişafı məsələlərinə birbaşa rəhbərlik etmək
• Əmək haqqı yüksək
• İş qrafiki: həftədə 6 gün, saat  09:00-18:00

CV Azərbayacan dilində və mövzu yerində “Marketinq və satış direktoru” sözü qeyd edilməklə [email protected] göndərilməlidir.

Ünvan : Bakı AZ1090, Xəzər ray.u , Buzovna qəs.i ,Qəsəbə küç.24

Tel : +994 12 565 16 26

Web: www.almet.az