Korporativ Satış üzrə Mütəxəssis

  • Almet JSC
  • Elanın qoyulma tarixi: 30.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Almet" ASC ötən əsrin 60-cı illərindən etibarən məişət məqsədləri üçün məhsullar istehsal edir. 2000-ci ildən etibarən istehsal olunan və Azərbaycan bazarında təmsil olunan Almet Azərbaycan markası altında bədii və dekorativ döküm istehsalını diqqətinizə gətirir. 

Məqsidimiz - milli adət-ənənələrimizi qoruyub, inkişaf etdirmək.

Sizdə, bizlərdən biri ola bilərsiz !

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyalar yaradırıq!

Vəzifə: Korporativ Satış üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Korporativ satış planının yerinə yetirilməsi;
• Korporativ müştəri bazasının genişləndirilməsi;                                 
• Korporativ müştərilərin yenilənmə prosesinin aparılması;                     
• Korporativ müştərilərlə görüşlərin keçirilməsi;
• Işgüzar danışıqların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Satışın artırılması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
• Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək.

Namizədə dair tələblər:

• Azərbaycan dilində  sərbəst bilməli (rus və ingilis dili üstünlükdür);
• Korporativ satış sahəsində  təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Korporativ satış  sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı.

İş şərtləri:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir ( fiks əmək haqqı + %);
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ Satış üzrə Mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Uyğun namizədlərlə, əlaqə saxlanılacaq.