“Caspian Plaza” - İcarə və satış üzrə Menecer
İş barədə məlumat
• Satışın analizini aparmaq bacarığı;
• Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi;
• Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
• Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması;
• Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, icarə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;
• İşgüzar görüşlərin təşkil olunması və işgüzar danışıqların aparılması;
• İş rejimi - 6 günlük (şənbə günü 09:00-13:00-dək).
Namizədə tələblər
• Ali təhsil;
• Qadın namizəd;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Bu sahədə 1-3 il iş təcrübəsi;
• Dil bilikləri- Azərbaycan dili mükəmməl səviyyədə ;
• Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İcarə və satış üzrə Menecer” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.