Vəzifə Hüquqşünas
Departament: İcraçı direktor ofisi departamenti
Tabeçilik: Departament direktoruna
Vəzifələr
1. Şirkətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin bazasının yaradılmasında iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların  hazırlanmasında iştirak etnək, hazırlanmış  sənədlərin qanunauyğunluğunu  yoxlamaq; 
3. Şirkətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərilməsi;
4. Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirilməsi;
5. Şirkətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərinin məlumatlandırılması;
6. Şirkətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin edilməsi;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Şirkəti təmsil edir. Həmin orqanlarıdan daxil olmuş müraciətləri səlahiyyəti çərçivəsində cavablandırılması;
8. İnsan Resursları Bölməsinin hüquqi dəstəklənməsinin həyata keçirilməsi;
9.Departament direktorunun digər tapşırıqlarının yerinə yetirilməsi.
Qərarvermə səlahiyyəti yoxdur
Vəzifəyə olan tələblər
 ali hüquqi təhsil, 
 ən azı 6-12 ay hüquqi  təcrübə, 
 ehtiyatlılıq və dəqiqlik qabiliyyəti, 
 MS Office proqramında işləyə bilmək bacarığı,
 Azərbaycan və rus dilini bilmə.
E-mail: [email protected]