Satıcı

  • SƏBA
  • Elanın qoyulma tarixi: 30.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Səba ət-süd” mağazasında satıcı fəaliyyəti

Tələb edilənlər:

- Satış sahəsində ən azı 1 il təcrübə olması; (çəki ilə satılan qida məhsulları və ya ümumiyyətlə qida məhsulları satışı sahəsində olması arzuolunandır.)
- Dəqiq, məsuliyyətli, təmizkar, səliqəli olmaq;
- Ən azı orta təhsilə malik olmaq;
- Kassa aparatında işləməyi bacarmaq;
- Kalkulyator vasitəsilə hesablamaların aparılmasını bacarmaq;
- Xoş ünsiyyətcil, səbirli və müştərilərlə nəzakətlə davranmaq vərdişlərinə malik olmaq;
- Əsasən, xanım namizədlər tələb olunur.
- Başlanğıc ödəniş məbləği ilk 3 ay ərzində 250 AZN olacaqdır.
-  Bu fəaliyyətin göstəriləcəyi “Səba ət-süd” mağazaları əsasən Bakı şəhərində yerləşir.

Vakansiya barədə məlumat

- Mağazada ət və süd məhsullarının satışının həyata keçirilməsi;
- Mağazada satılacaq malların əvvəlcədən siyahısının hazırlanması və sifariş verilməsi;
- Mağazaya satış üçün gətirilən malların ölçülərək və ya sayılaraq qəbul edilməsi, vitrinə yerləşdirilməsi və qiymətlərinin qeyd olunması;
- Mağazada satılmayaraq, şirkətə geri qaytarılacaq malların siyahısının hazırlanması və bu malların çəkilərək və ya sayılaraq satış nümayəndəsinə təhvil verilməklə geri qaytarılması.
- Mağazada təmizlik aparılması və sanitar-gigiyenik normaların tələblərinin təmin edilməsi;
- Mağazada istifadə olunan materiallardan qənaətlə və səmərəli istifadə edilməsi və bitməsi zamanı sifarişlərinin verilməsi.

Zəhmət olmazsa, əlavə məlumat üçün zəng etməyiniz, ancaq qəbul olmaq üçün yalnız CV göndərməyiniz xahiş olunur.

Əlaqə saxlanılacaq şəxs və telefon nömrəsi: Elvin Qəniyev 050 271 83 29
CV-lərin göndəriləcəyi elektron poçt ünvanı: [email protected]