Kopirayter/SMM Menecer

İşin təsviri

Mediaforce/JWT Azerbaijan Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O dünyanın ən məşhur kreativ reklam agentliklərindən biri olan JWT (https://www.jwt.com/) və Mindshare (https://www.mindshareworld.com/)  agentliklərinin Azərbaycanda nümayənəsidir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır.

Mediaforce/JWT Azerbaijan Kopirayter/SMM Menecer vakansiyası üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil;
• Reklam sahəsində, sosial şəbəkələrin idarə edilməsi, saytlarla iş sahəsində ən azı 2 il iş təcrübəsi;
• Səlis nitq və yazı qabiliyyəti;
• Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini isə upper-intermediate səviyyədə bilmək;
• MS Office proqramlarından yaxşı istifadə etmək;
• Qrafik dizayn proqramlarından istifadə etmək bacarığı;
• Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
• Komandada işləmək, təqdimat aparmaq, stressə davamlılıq və təhlil etmək bacarığı
• Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik; yeni trendlərdən xəbərdar olmaq;
• Reklam, psixologiya, filologiya və humanitar elmlər sahəsində geniş dünyagörüşünün olması vacibdir.

Əsas vəzifə və öhdəliklər:

• Korporativ sayt,  reklam və məhsullara dair sloqan, ad və  mətnlərin hazırlanması, redaktəsi, korrektəsi və yenilənməsi;
• Sayt və sosial şəbəkələr üçün yaradıcı mətn və sloqanların yazılması, təqdimatı və tətbiqi;
• Video və audio reklam çarxları üçün, eləcə də tele və radio verilişlər üçün ssenarilərin yazılışı;
• Xəbər və press-reliz mətnlərinin hazırlanması;
• Görülmüş işlər haqqında hesabatın hazırlanmması.

Şərtlər:

• Həftədə 5 gün, 8 saatlıq iş rejimi
• Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
• Əmək müqaviləsi ilə rəsmiləşdirmək;
• Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-lərini yaxud portfoliolarını  e-mailin mövzu (subject) hissəsində “Copywriter/SMM Manager” sözünü qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər.

Əmək haqqı namizədlərin bilik və bacarıq səviyyəsindən asılı olaraq razılaşma yolu müəyyən olunacaq.

Əlaqə telefonu: +994 12 497 32 76, +994 50 424 11 40

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 11

Müraciət üçün son tarix: 03.08.2017

İşəgötürənin reytinqi