Bankdaxili normativ sənəd. hazırlanması/bank proseslərinin metod. üzrə Baş Mütəxəssis

İşin təsviri

“ABB” ASC Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. 

Vəzifə öhdəlikləri:

 Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri hazırlamaq, yenidən baxmaq, yeniləşdirmək;
 Daxili normativ sənədlərin hazırlanması üzrə daxili standartları və metodologiyarı hazırlamaq;
 Biznes prosesləri əsasında istifadəçilər üçün təlimatlar və metodiki göstərişlər yaratmaq;
 Mövcud daxili normativ sənədlərin təkmilləşməsi istiqamətində təkliflər vermək;
 Mövcud biznes-proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Vakant vəzifə üzrə tələblər:

 Ali  təhsilin olması;
 MS Office  proqramlarında işləmək bacarığı;
 Yüksək səviyyəli, istifadəçilər üçün anlaşıla bilən dildə yazma qabilliyyəti;
 Oracle Flexcube proqram təminatında işləmə təcrübəsi olan üstünlük verilir;
 Azərbaycan və rus dillərində səlis yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür;
 AR Mərkəzi Bankının və bank fəaliyyətini tənzimləyən normativ sənədlər bazası ilə yaxından tanışlıq;
 Bank sahəsində təcrübə vacibdir, müvafiq istiqamət üzrə 3-5 illik iş təcrübəsi və ya filiallarda rəhbər vəzifəsində əməliyyat/nəzarət sahəsində təcrübənin olması üstünlük hesab edilir.

Şəxsi keyfiyyətlər:

 Analitik bacarıqlar, kritik fikirləşmə bacarıqları
 Problemləri həll etmə bacarığı;
 Təqdimat bacarığı;
 Yaradıcılıq bacarığı;
 Vaxtın idarəedilməsi;
 Ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
• Bank sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
• Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
• Normativ yaradıcılıq və yazı bacarıqlarının inkişafı;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Bankın aparıcı çoxfunksiyalı struktur bölmələrindən olan İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentində bütün təşkilatla yeni və geniş əlaqələr, zəngin təcrübə, fərdi inkişaf və növbəti karyera irəliləyişləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 avqust  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə baş mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az