İşəgötürən: Ramco MMC
Vəzifə: İş İraçısı
Əmək haqqı : 800-1000 AZN
Tələblər:
– Sənaye və Mülki Tikinti ixtisası üzrə ali təhsil;
– Metal konstruksiya istehsalı və qurulması sahələrində ən azı 10 il iş təcrübəsi;
– Tikinti və bəzək işləri üzrə iş təcrübəsi;
– Rus və İngilis dillərini orta səviyyədə bilməli;
– 30-45 yaş arası kişi namizədlər üçün nəzərdə tutulmuşdur;
– Müvafiq kompüter proqramlarını bilmək: Microsoft Office, AutoCad, Primavera;
– Diqqətli,çevik və məsuliyyətli olmaq;
– Sürücülük vəsiqəsi: B
İşin təsviri:
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülən işlərin hesabat halında Rəhbərliyə bildirilməsi.
İş qrafiki:
- Bazar ertəsi – Şənbə: 9:00 - 18:00
- İş yeri Ağcabədi rayonunda yerləşir
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “İş icraçısı” yazaraq göndərə bilərlər.Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.