Biz artıq 10 ildən çoxdur ki, Azərbaycanın ev məhsulları sənayesində dinamik şəkildə çalışırıq. Şirkətin profili “Ev Tekstili”, “Qab-qacaq”, “Dekorasiya və İnteryer Dizayn”, “Ev sahibi üçün köşə” bu istehsal xətləri ilə müəyyən olunur ki, bu da bizi ev mağazası formatında şəbəkə kimi təsvir edir.
Evimiz komandası fəal və cəsarətli insanlardır. İnsanların öz evində xoşbəxt yaşaması olan əsas ehtiyacları müəyyən etmək üçün böyük bir əzmlə çalışırıq. Buna görə də mağazamızdan alış-veriş zamanı maraqlı məhsullar, münasib qiymətlər və xoş münasibət gözləyə bilərsiniz.
Vəzifə: Satış Məsləhətçisi
Öhdəliklər:
• Müştəriləri qarşılamaq və onlara müvafiq köməklik göstərmək;
• Müştəriləri stendlərə və ya rəflərə kimi müşayiət etmək və məhsulları təqdim etmək;
• Məhsullar haqqında məlumat verərək müştərilərə məsləhətlər vermək;
• Müştərilərin etimadını qazanmaq üçün onlara məhsullar təklif etmək və fikirləri bölüşmək;
• Müştərilərə yüksək səviyyədə xidmət olunması, Kateqoriya meneceri, Satış və Marketing Meneceri tərəfindən keçirilən təlimlərdə iştirak etmək və satış texnikalarından istifadə etmək;
• Məhsulların mövcudluğu barədə məlumatlı olmaq;
• Həftəlik, aylıq və rüblük satış kvotasını doldurmaq;
• Məhsulların satışı barədə məlumatlı olmaq və müştərilərlə yaranan problemləri araşdırmaq;
• Ehtiyac olarsa komandanın digər üzvlərinə əməliyyatlarla bağlı köməklik göstərmək;
• Kateqoriyalar üzrə məhsulların satış trendlərinin analizində Kateqoriya Menecerinə kömək etmək;
• Vizual Reklam üzrə mütəxəssisə məhsulların müvafiq kateqoriyalar üzrə yerləşdirilməsində kömək etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
• Satış sahəsi üzrə 2-3 il iş təcrübəsi;
• Yüksək ünsiyyət qurma qabiliyyəti və inandırma bacarığı; 
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Dil bilikləri: Azərbaycan və Rus
QEYD: Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4320