Kofe düzəldilməsi üzrə Mütəxəssis (Barista)

  • Hayat Catering
  • Elanın qoyulma tarixi: 10.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kafeyə kofe düzəldilməsi üzrə Mütəxəssis (Barista)

Vəzifə öhdəlikləri:

Bakı və Gəncədə kafelər şəbəkəsinə təcrübəli və təcrübəsiz (hər şeyi öyrədərik!) Barista tələb olunur!
Biz açıq, enerjili və məqsədyönlü insanlar üçün dinamik inkişaf edən şirkətdə iş təklif edirik.
 
- Kafenin qonaqlarına nəzakətlə və keyfiyyətli xidmətin göstərilməsi
- Şirkətin standarların uyğun qaydada qəhvə içkilərinin hazırlanması
- Kassa ilə iş
- Kafenin və avadanlığı təmizlikdə saxlanılması
- Kafenin açılması və bağlanışı.
 
Tələblər:

- İnsanlara və qəhvəyə qarşı məhəbbət
- Məsuliyyət və diqqətlilik
- Asanlıqla ünsiyyət qurma bacarığı və savadlı nitq
- Xidmət sahəsində çalışmaq və inkişaf etmək istəyi
- Tibbi kitabça təqdim etmək imkanı.

Şərtlər:

Dostlar komandamızın hissəsi olmaq hər kəsi gözləyirik.

Biz nə təklifedirik?

- Rahat iş qrafikləri: 9.00-dan 19.30-a qədər
- Keyfiyyəti peşə təlimi (təcrübə müddəti ödənilir)
- Karyera yüksəlişi və əmək haqqı artımı imkanları
- Gözəl iş forması
- Tibbi kitabçanın alınmasında yardım göstəririk
- Sabit gəlir
- Gənclər və dostlar kollektivində iş.

Baristanın öhdəlikləri

Əsl baristadan qəhvənin hazırlanma qaydalarını bilməyi tələb olunur
- qəhvə qarışıqları haqqında hərtərəfli anlayış: qəhvə növləri, qəhvənin bitdiyi yerlər, qəhvə dənələrinin qovrulma dərəcəsinə görə ətirləri haqqında biliklər
- qəhvə tamının çalarları haqqında biliklər və onları qiymətləndirmək bacarığı
- 40-a qədər qəhvə növü hazırlamaq bacarığı (kapuçino, latte, ristretto və digərləri)
- qəhvə aparatında üyüdülmə dərəcəsi, suyun temperaturu və təzyiqi, bir fincana tələb olunan qəhvə qədəri, sıxlaşdırma gücü və suyun keçmə vaxtını tarazlaşdırmaq bacarığı
- qəhvə köpüyünün üzərində rəsm çəkmək bacarığı
 
Barista üçün şəxsi keyfiyyətlər də əhəmiyyət kəsb edir:

- Asanlıqla ünsiyyət qurma bacarığı və səbir. Qəhvə üzrə mütəxəssis hər zaman insanlarla ünsiyyətdə olmalı və hər bir qonağa fırdi yanaşmalıdır. Baristanı tamaşaçıya işləuyən artistlə müqaisə etmək olar. Yaxşı barista müştərilərinin zövq və istəklərini bilir və yönləndirici suallarla istənilən insanın arzularını üzə çıxara bilər. Yeri gəlmişkən, baristanın gəlirinin mühüm hissəsini çay payı təşkil edir, elə buna görə də qonaqda yaxşı təəssürat yaratmaq, hər müştəriyə uyğun yanaşma tapmaq onun zövqü və istəklərini qane etmək bacarığı yalnız qəhvə üzrə mütəxəssis axtaran müəssisə üçün deyil ilk növbədə baristanın özü üçün əlverişlidir
- Nəzakət və dostyana münasibət. Barista yadda saxlamalıdır ki, hər bir yerdə nəzakətli təbəssüm xoş ab-hava yaradır
- Məsuliyyət, yəni daim peşəkar etikaya riayət edilməsi və daim yüksək keyfiyyətli içkinin təklif edilməsi
- Estetik bacarıqlar, yəni içkiyə gözəl forma vermək və onu estetik şəkildə təqdim etmək bacarığı.
 
E-mail: [email protected]

Hayat Catering tərəfindən digər vakansiyalar