İnsan Resursları üzrə Təcrübəçi

İşin təsviri

İnsan Resursları üzrə Təcrübəçi

Zeytun Pharmaceuticals -dan gənclər üçün təcrübə qazanma imkanı! İş təcrübəsinə malik olmayan məzunlar və ya İnsan Resursları bölməsinə maraq göstərən gənclər üçün zəngin bir təcrübə qazanma, gözəl kollektivdə çalışma və gələcəkdə İnsan Resursları sahəsində mütəxəssis olma şansı.

Tələblər

• Ali təhsil (İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə)
• Azərbaycan dili üzrə sərbəst biliklər
• Rus və İngilis dilləri üzrə sərbəst biliklər
• Kompüter bilikləri (Microsoft Word, Microsoft Excel, Microsoft Outlook)
• Riyazi biliklər
• Ünsiyyət qurma bacarığı
 
Öhdəliklər

• İnsan Resursları Departamentinin bütün bölmələrində görülən işlərdə iştirak
• Sənədləşmə işlərinin aparılması: İşə gəbul prosesinin aparılması, işçi məlumat bazasının yenilənməsi
• Şəxsi işlərə nəzarət
• Aktiv vakansiyalara namizəd seçiminin aparılması: CV bazasına nəzarət, namizədlər ilə əlaqənin saxlanılması, imtahanların keçirilməsi, müsahibələrdə iştirak
• Əmək haqqı kartlarının sifarişi
• Şirkət daxilində keçirilən layihələrdə və təlimlərdə iştirak
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• İş proseslərinə aid prosedurların hazırlanmasında iştirak
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi