Marketinq və PR şöbəsinin Rəisi

İşin təsviri

Marketinq və PR şöbəsinin Rəisi
 
AS Qrup İnvestment MMC-yə Marketinq və satış departamentinə Marketinq və PR şöbəsinin Rəisi vəzifəsinə işə qəbul elan edir.
 
İşin təsviri:
 
Professional tələblər:
 
- Komandanı idarəetmə bacarığı
- Brendinq, marketinq və PR strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iş təcrübəsi
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı
- Google, Sosial Media marketinq ilə bağlı iş təcrübəsi
- Professional Texniki tapşırıq və brif hazırlamaqda  iş təcrübəsi
- Satış və onun təşkili haqqında məlumatlı olmalıdır
- Məsuliyyətli, stressədavamlı və ünsiyyətcil olmalıdır
- Ezamiyyətə getmək imkanı olmalıdır.
 
Öhdəliklər:
 
- Şirkətin və şirkət daxili layihələrin strateji və taktiki marketinq planların hazırlanması və həyata keçirilməsi;
- Şirkətin və şirkət daxili layihələrin marketinq və PR komandasının idarə olunması;
- Marketinq araşdırmalarının, bazar analizlərinin aparılması, rəqabət stragiyalarının hazırlanması;
- Portfeldə olan məhsulların qiymət siyasətinin hazırlanması və təklif edilməsi;
- Brendinq siyasətinin aparılması;
- PR kampaniyaların aparılmasına, dizayn məhsullarının hazırlanmasına və reklam kanallarının effektiv idarə  olunması;
- Marketinq və PR effektivliyi ilə bağlı hesabatların hazırlanması;
- Media ilə münasibətlərin idarə olunması;
- Yeni layihələr və yeni məhsullarla bağlı təkliflərin verilməsi, hazırlanmasında birbaşa iştirak;
- İş rejimi:  9:00-18:00, İstirahət günü- şənbə və bazar;
 
Namizədə qarşı tələblər:
 
- Analoji vəzifədə 3 ildən yuxarı iş təcrübəsi olmalıdır
- Ən azı bir xarici dili (rus və ingilis) yüksək səviyyədə bilməlidir
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Kopyuter bilikləri:  MS ofice, 1C satış    
- Yaş həddi: 28-40;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı, ev 11 B; Telefon (012) 511 13 08.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq və PR şöbəsinin rəisi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.