Baş Mühasib

  • Evrostar Cleaning
  • Elanın qoyulma tarixi: 12.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Evrostar Cleaning Company

Baş Mühasib

İş barədə məlumat

Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Təhtəl hesab, balans, avans hesabatının aparılması
- Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
- Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
- Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 600-800 AZN

Namizədə tələblər

Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir,
- Mühasibatlıq sahəsində ən az 5 il təcrübə
- Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər
- MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Mühasib” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmək xahiş olunur.