Evrostar Cleaning -


    Evrostar Təmizlik Şirkəti – müxtəlif məkanlara və onlara aid olan ərazilərə geniş xidmətlər spektrinin təqdim edilməsi sahəsində etibarlı təmizlik şirkətidir.

    Evrostar Təmizlik Şirkəti 2010-cu ildən daşınmaz əmlakın idarə edilməsi və daşınmaz əmlaka kompleks təmizlik xidməti göstərilməsi üzrə fəaliyyət göstərir. Peşəkar texnika, təcrübəli işçi heyəti yüksək iş əmsalının və keyfiyyətli təmizliyin zəmanətidir. Müxtəlif biznes sahələrinə aid olan daşınmaz əmlaklara xidmət göstərilməsi ilə bağlı çoxillik təcrübə şirkətimizə xidmət bazarında qabaqcıl yerlərdən birini tutmağa imkan yaradır. Bu isə öz növbəsində, müştəriləri xidmət göstərilən obyektlərin yerləşmə yerindən və sayından asılı olmayaraq, maksimum keyfiyyət səviyyəsi və vahid standartlarla təmin edir. Biz bütün işlərimizi xüsusi materiallardan, avadanlıqlardan, ekologiya və sizin sağlamlığınız üçün təhlükəsiz olan kimyəvi maddələrdən istifadə etməklə yerinə yetiririk.

    Evrostar Təmizlik Şirkətinin komandası – bu təmayül üzrə təhsil alan, iş təcrübəsi dinamik inkişaf edən biznes şərtləri əsasında yaranan peşəkarlar, istənilən mürəkkəb tapşırığı yerinə yetirməyə hazır olan gənc və məqsədyönlü kollektiv, keyfiyyətli və zəmanətli servis təqdim etməklə, müştərini əlavə qayğılardan azad etməyə yönələn vahid və ümumi məqsədə xidmət edən həmfikirlər deməkdir.