Texniki istehsalat şöbəsinin Rəisi

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 23.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki istehsalat şöbəsinin Rəisi 

Vəzifə öhdəlikləri:

-        Müəssisənin rəhbərliyinin dərkənarı ilə Şöbəyə daxil olan tapşırıqların, göstərişlərin vaxtında və yüksək peşəkarlıqla icrasını təmin etmək;
-        İstehsalat obyektlərinin neft və qaz hasilatı sahəsində fəaliyyətini tənzimləmək;
-        Neft və qaz hasilatı üzrə texniki, texnoloji-təşkilatı tədbirlərin səmərəliliyinin artırılması, neft və qaz hasilatını intensivləşdirilməsi, məhsulun yığılması, hazırlanması, saxlanılması və nəqlində itgilərin azaldılması üzrə tədbirlər işləmək və tətbiqinə nəzarət etmək;
-        İstehsalat obyeklərində təsdiq olunmuş texnoloji rejimlərə müvafiq olaraq neft və qaz hasilatı texnologiyasına əməl olunmasına nəzarət etmək ;
-        İstehsalat obyektləri tərəfindən quyuların, neft-mədən qurğu və avadanlıqlarının texniki səviyyəsinə və istismar rejiminə nəzarət etmək, verilmiş rejimlərdən kənara çıxılması hallarının səbəbini aydınlaşdırmaq və onların qarşısını almaq üçün tədbirlər görülməsinə nəzarət etmək;
-        İstismarda olan quyu fondunun daha səmərəli istismar olunması, fəaliyyətsiz və müvəqqəti dayanmış quyuların sayının azaldılması məqsədilə tədbirlər işlənməsi və həyata keçirilməsində iştirak etmək;
-        İstehsalat obyektləri tərəfindən istismar quyu fondunun düzgün hesabatının aparılmasına nəzarət, quyuların məhsuldarlığının artırılmasına yönəldilmiş elmi-praktiki tədbirlərin işlənilməsində iştirak etmək;
-        Geoloji şöbə ilə birlikdə lay quyu hidrodimaik sisteminin səmərəli əlaqələndirilməsinə yönəldilmiş və son nəticədə layların neft-qaz veriminə müsbət təsir göstərən texniki-texnoloji tədbirlər işləmək və həyata keçirilməsinə nəzarət etmək ;
-        Quyuların təmirə dayanması səbəblərinin araşdırılmasına, mütərəqqi texniki-texnoloji tədbirlərin həyata keçirilməsinə, cari və əsaslı təmirdən sonra quyuların vaxtında və keyfiyyətlə istismara buraxılmasına nəzarət etmək;
-        İstehsalat obyektlərində baş vermiş istehsalat qəzalarının səbəblərinin araşdırılması və onların qarşısının alınması üçün tədbirlər işlənilməsində yaxından iştirak etmək;
-        Yeni texnikanın tətbiqi, neftin-qazın hasilatı sahəsində avtomatlaşdırma və telemexanikləşdirmə tədbirlərinin  geniş tətbiqində iştirak etmək;
-        Yeni texnika və texnologiyanın tətbiqi planlarının işlənib hazırlanmasında iştirak etmək;
-        İstehsalat obyektlərində yeni ixtira və səmərələşdirici təkliflərin həyata keçirilməsinə köməklik göstərmək;
-        Mexanika və Energetika şöbəsi ilə birlikdə mədən avadanlıqlarının düzgün istismarına və onlara texniki xidmət gööstərilməsinə nəzarət etmək.
-        Yeni yaradılmış avadanlıq və alətlərin sınaq işlərində iştirak etmək və sınağın nəticələri barədə rəy hazırlamaq;
-        Neftçıxarma sahəsində əsaslandırılmış material sərfi normalarının hazırlanmasında iştirak etmək, İstehsalat obyektlərində material və ehtiyyatlardan istifadə etmə qaydalarına nəzarət etmək;
-        İstehsalat obyektləri tərəfindən neft-mədən avadanlıqlarına, material və alətlərinə olan sifarişlərə baxmaq, razılaşdırmaq və mövcud fondların istehsalat obyektləri arasında bölüşdürülməsinə nəzarət etmək;
-        Neftin, qazın yığılması və istifadəsinin daha mükəmməl sisteminin yaradılması barədə tədbirlər işləyib hazırlamaq, neftin, qazın itgi və sərflərinin azaldılmasına nəzarət etmək;
-        İstehsalat obyektləri tərəfindən tərəfindən tərtib olunmuş fəaliyyətdə olan neft-mədən obyektlərinin yenidənqurulması, yeni obyektlərin tikilməsi üzrə tapşırıqların və layihələrin müzakirəsi, əsaslandırılması, ekspertizası və təsdiqə hazırlanmasında iştirak etmək;
-        Neftin, qazın hasilatı, yığılması ilə əlaqədar layihələrin və layihə qərarlarının texnoloji hissələrinin qiymətləndirilməsini təşkil etmək;
-        Tikilib qurtarmış və ya yenidənqurulmuş obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək;
-        Yeni texnoloji obyektlərin, avadanlıq və cihaz nümunələrinin sınaq və istismara qəbulunda iştirak etmək;
-        Əlaqədar şöbələrin iştirakı ilə istehsalat obyektlərində payız-qış mövsümünə hazırlıq üzrə tədbirlərin hazırlanması, əmrin tərtibi və yerinə yetirilməsinə nəzarət etmək;
-        Kənar təşkilatlar ilə istehsalat əlaqələri yaratmaq və inkişaf etdirmək;
-        Müəssisənin neftqazçıxarma üzrə illik istehsalat-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabat hazırlanmasında iştirak etmək;
-        İstehsalat obyektlərinin öz hasilatı hesabına texnoloji proseslərə sərf olunan  neftin, qazın norma üzrə istifadəsinə nəzarət etmək və onun uçotunu tələb etmək;
-        İstehsalat obyektlərində neft, qazın hasilatında , yığılmasında, hazırlanmasında nəqlində texnoloji rejimlərə uyğun riayət edilməsinə nəzarət etmək;
-        İstehsalat obyektlərində neft, qazın hasilatında, yığılmasında, hazırlanmasında, nəqlində material və avadanlıqların səmərəli sərfinə nəzarət etmək;
-        İstehsalat obyektlərində tələb olunan mədən avadanlığı üçün lazımi texniki sənədlərin hazırlanmasının təşkili və yerinə yetirilməsinə nəzarət etmək;
-        İstehsalat obyektlərində elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyini təmin edən texniki-təşkilati tədbirlər proqramının hazırlanmasında iştirak etmək;
-        Elektrik qurğularında və avadanlıqlarında baş vermiş qəza hallarının və bədbəxt hadisələrin səbəblərinin araşdırılması üçün təşkil edilmiş komissiyaların işində və eləcədə bu kimi qəza hallarının baş verməməsi üçün tədbirlər proqramının hazırlanmasında iştirak etmək;
-        Açıq fontan hadisələrinə yol verilməməsi üçün texniki-təşkilati tədbirlərin işlənilməsində iştirak etmək və onların icrasına nəzarət etmək;
-        Açıq fontan hadisələri baş verdikdə yaradılan qərargahın işində iştirak etmək və şöbənin funksiyasına aid olan tədbir və tapşırıqların icrasını həyata keçirmək.
-        Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
-        Qazın yığılması, hazırlanması və nəqli sahəsində fəaliyyəti tənzimləmək.
-        Qazın texnoloji itkilərinə sistematik olaraq hesabının aparılması və ona daimi nəzarəti həyata keçirmək; 
-        Qaz təhvili üzrə Dövlət tapşırıqlarının yerinə yetirilməsini təmin edəcək texniki, texnoloji, təşkilati tədbirlərin işlənib hazırlanması. Qazın yığılmasında, hazırlanmasında və nəqlində yaranan itkilərin azaldılması üzrə tədbirlər işləmək və tədbiqinə nəzarət etmək;
-        Müəssisənin istehsalat obyektlərində təsdiq olunmuş texnoloji rejimlərə müvafiq olaraq, qazın yığılması və nəqli texnologiyasına əməl olunmasına nəzarət etmək;
-        Qazın yığılması və nəqli sistemlərində qaz kəmərlərində hidrat əmələgəlməyə qarşı mübarizədə istifadə olunan kimyəvi reagentlərin (metanol və s.) sərf normalarına uyğun və təhlükəsiz istifadəsinə nəzarət etməklə operativ iş aparmaq. Bu sahədə institutun apardığı elmi axtarış işlərində iştirak etmək;
-        Yeni texnikanın tətbiqi, qazın yığılması və nəqli sahəsində avtomatlaşdırma və telemexanikləşdirmə tədbirlərinin geniş tədbiqində iştirak etmək. Bu sahədə yeni texnika və texnologiyaların tədbiqi planlarının işlənib hazırlanmasında iştirak etmək;
-        Qazın sərfini iqtisadi baxımdan səmərəli həddə çatdırmaq üçün qazın texnoloji itkilərinin azaldılması istiqamətində yeni səmərəli formalarının institutlar tərəfindən işlənib hazırlanmasında köməklik göstərmək;
-        İstehsalat obyektlərində qazın yığılması, hazırlanması və nəqli sahəsində texnika və texnologiyanın təkmilləşdirilməsində iştirak etmək;
-        Qazın yığılması obyektlərində və nəqli sistemlərinin inkişafı və yeniləşdirilməsi üzrə proqramın hazırlanmasına və həyata keşirilməsinə nəzarət etmək;
-        Qazın yığılması və nəqlində texnoloji rejimlərə düzgün riayət edilməsinə daimi nəzarət etmək;
-        Müəyyən edilmiş müvafiq qaydalar əsasında  qaz təsərrüfatı sahələrində istifadə olunan avadanlıqların normal və təhlükəsiz işləmələrini yoxlamaq;
-        Qazın yığılması və nəqli sahəsində texniki çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək;
-        Müəssisənin qaz təsərrüfatına aid məsələlər üzrə elmi-tədqiqat işlərinin mövzularının işlənməsində iştirak etmək və bu sahədə olan yeniliklərin tədbiqinə nəzarət etmək;
-        Yeni tikilmiş qaz təsərrüfatlı obyektlərin qəbulunda iştirak etmək;
-        Qazın təhvilinə nəzarət etməklə uçotunu aparmaq, hər ayın sonunda qazın təhvil aktlarını tərtib etmək və rəsmiləşdirmək;
-        Atmosferə atılan qazın yığılması və utilizasiyası istiqamətində işlərin daimi aparılmasında bilavasitə iştirak etmək və daimi nəzarəti həyata keçirmək;
-        Qazın yığılması və nəqli zamanı “Ətraf mühitin muhafizəsi” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanunlarının maddələrindən irəli gələn standart qayda və normalara riayət olunmasına nəzarət etmək;
-        Qaz Separasiya Məntəqələrində (QSM) baş verə biləcək qəzaların qarşısını almaq, onları ləğv etmək məqsədilə tədbirlər planının hazırlanmasını təşkil etmək;
-        Qaz obyektlərində əməyin elmi təşkilini, təkmilləşdirilmiş mexanizimlərin və avtomatlaşdırmanın tədbiq edilməsini təmin etmək;
-        Yeni növ avadanlığın, alətlərin, cihazların, qurğuların sınaqdan keçirilməsində iştirak etmək;
-        Əmək şəraitini yaxşılaşdıran tədbirlər planının, istehsalatda baş verə biləcək qəzaların, partlayışların, yanğınların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısını almaq üçün tədbirlərin işlənib hazırlanmasında və istehsalata tədbiqində iştirak etmək;
-        Ətraf mühitin (torpağın, havanın, suyun) çirklənməsinin qarşısını alan tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
-         Qaz obyektlərinin normaya uyğun olaraq yanğın söndürən avadanlıqla, alətlərlə və digər vasitələrlə təchiz olunmasına nəzarət etmək; 
-        Qaz kəmərlərində payız-qış dövründə işlərin fasiləsiz, qəzasız və təhlükəsiz aparılması üçün tədbirlərin hazırlanmasında və onların həyata keçirilməsində iştirak etmək;
-        Müəssisənin komissiyasının tərkibində olmaqla müəssisə rəhbərlərinin, baş mütəxəssislərinin təhlükəsizlik qaydalarından biliklərin yoxlanmasında iştirak etmək;
-        Qazın yığılması və nəqli sahələrində yanğın təhlükəsizliyinin vəziyyətinə, yanğına qarşı vasitələrin mövcudluğuna və işçilərin yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasına nəzarət etmək;
-        Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
 
Bilməlidir:

Sahə üzrə əmr, qərar və sərəncamlarını, istehsalın idarə edilməsi üzrə metodik, normativ və digər rəhbər materiallarını; Quyularının təmirə dayanması, mütərəqqi texniki-texnoloji tədbirlərin həyata keçirilməsi, əsaslı və cari təmirdən sonra quyuların vaxtında və keyfiyyətlə istismara buraxılması qaydalarını;neft və qaz yataqlarının istismar olunma qaydalarını;quyuların yeraltı və əsaslı təmirinin texnika və texnologiyasını;quyu tikintisi texnologiyasının əsaslarını;neft-mədən obyektlərində texniki nasazlığın, qəzaların və çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını;neft mədənlərinə xidmət edən bölmələrin ixtisaslaşdırılmasını;neft və qaz hasilatı sahəsində yerli və xarici təcrübəni;istahsalın operativ uçotunun təşkilini;İstehsalat Birliyinin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını; Vəzifə təlimatını; İstehsalat Birliyinin daxili intizam qaydalarını; kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

E-mail:  [email protected]