ATL Electronics şirkəti beynəlxalq miqyasda tanınmış məişət avadanlıqları markalarına məxsus məhsulların ticarəti ilə məşğuldur və hazırda 60-dan artıq dillerlər şəbəkəsinə malikdir.
Hazırda ATL Electronics şirkəti “Merçendayzer” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.
Vəzifə öhdəlikləri:
• Pərakəndə satış nümayəndələri ilə işgüzar fəaliyyət
• Müəyyən edilmiş iş planı əsasında əsas, şəbəkə və problemli müştərilərlə görüşlərin keçirilməsi
• Merçendayzinq standartlarına uyğun bütün növ məhsulların təqdim edilməsinə nəzarət etmək, avadanlıq və reklam materiallarının yerləşdirilməsi və yenilənməsinə nəzarət etmək
• Marketinq şöbəsini və Məhsul üzrə meneceri məhsul çatışmamazlığı və sorğular haqda məlumatlandırmaq
• Təkrarlanan satış nöqtələrinin yaradılması, mövcud satış nöqtələrində yerləşimə, məhsulların rəqib məhsullardan daha yaxşı yerləşiminə nəzarət etmək
• Təhcizat müqaviləsinə əsasən, məhsulun keyfiyyəti və kəmiyyəti haqda satış nümayəndəsi və məhsul üzrə meneceri məlumatlandırmaq
• İş fəaliyyəti zamanı ona aid olan bölgədə bazar dəyişmələri haqda birbaşa rəhbərliyə məlumat vermək
• Marketinq məlumatlarının toplanması
• Promo aksiyalar və reklam kampaniyalarının keçirilməsini təmin etmək.
Tələblər:
• Ali, natamam ali, orta təhsil
• Merçendayzinq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı
• MS Office və 1C proqramlarında işləmə bacarığı
Peşəkar biliklər:
• Satışın proqressiv metod və formaları haqda
• Satış müqavilələrinin imzalanması, lazımi sənədləşmə
• İstehlakçılara məhsul təqdim etmə metodlarına dair biliklər
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.