Mühasib Köməkçisi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 22.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Mühasib Köməkçisi” vəzifəsinə işçi qəbulu elan edir.
 
Vəzifə öhdəliklər:

• Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
• Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 22-30;
• Ali təhsil; 
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan dilini bilməli, ingilis və rus dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühasib Köməkçisi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.