Mühafizə işi üzrə aparıcı Mütəxəssis

İşin təsviri

“Azərbaycan Beynəlxalq Bankı” ASC Təhlükəsizlik departamentinə Mühafizə işi üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Daxil olmuş məlumatları qiymətləndirmək;
 Aşkarlanmış faktlara hüquqi qiymət vermək;
 Müvafiq araşdırmaların təşkilini həyata keçirmək;
 Hüququ prosedurların hazırlanmasında iştirak etmək;
 Hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı təşkil etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali hüquq təhsili;
 Hüquq-mühafizə orqanlarında ən azı 7 il iş təcrübəsi;

Əlavə keyfiyyətlər:

 Yazılı və şifahi ünsiyyət bacarığı;
 Fakt və hadisələrin analizi qabiyyəti;
 Situasiyanı idarəetmə bacarığı;
 Təxirəsalınmaz ilk tibbi yardım biliyinin olması;
 Qərarvermə qabiliyyəti;
 Dürüstlük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizə işi üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az