Baş Hüquqşünas və Aparıcı Hüquqşünas

İşin təsviri

“Azərbaycan Beynəlxalq Bankı” ASC  Bankın Hüquq xidmətinə Baş hüquqşünas və Aparıcı hüquqşünas vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
 Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
 Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
 Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
 Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
 Protokolların hazırlanması;
 Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
 Məhkəmədə və digər dövlət orqanlarında Bankın hüquqi nümayəndəsi kimi təmsilçilik;
 Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Davranış səriştələri:

 Analitik düşüncə qabiliyyəti;
 Qərar vermə;
 Yazı bacarıqları.

Vakant vəzifə üzrə tələblər:

 Ali hüquq təhsili;
 Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı bacarığı, ingilis dil biliyi – yaxşı səviyyədə;
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Bank hüququ və ya korporativ hüquq sahəsində 3-5 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş hüquqşünas və ya Aparıcı hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az