Kadr İşləri üzrə mütəxəssis

İşin təsviri

Kadr İşləri üzrə mütəxəssis

Gilan Kənd Təsərrüfatı Qrupu Gəncə, İmişli, Yevlax, Beyləqan, Sabirabad, Salyan və Neftçala regionlarına Kadr İşləri üzrə mütəxəssis vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:
• Müəssisədə İşə qəbul prosesinin Şirkətin İşə qəbul Qaydalarına əsasən həyata keçirilməsi;
• Müəssisədəki işçilərin şəxsi qovluqlarının hazırlanması və müvafiq dəyişikliklər olanda yenilənməsi
• İşçilərin gündəlik davamiyyətinin kontrolu və davamiyyətdə olan uyğunsuzluqların bildirilməsi
• İşçilərin vəzifə təlimatlarının hazırlanmasını müvafiq xətt menecerləri ilə həyata keçirmək
• İşə yeni alınan işçilərin və ya İşdən azad olunan işçilərin ƏƏSM Nazirliyinin Elektron Sisteminə daxil edilməsini düzgün və vaxtında icra etmək
• Əmək müqavilələrinin, T2-lərin  hazırlanması, əmək kitabçalarının yazılması
• Müəssisənin Rəsmi işçi siyahısını hazırlamaq və hər ay üzrə müvafiq dəyişikliklər etmək
• Müəssisədə rəsmi məzuniyyət əmrlərinin verilməsi və məzuniyyət günlərinin qeydiyyatı qrafikinin tərtib olunması
• Müəssisədə rəsmi ezamiyyət əmrlərinin və Ezamiyyət vərəqələrinin verilməsi
• İnsan Resursları Əsasnaməsi və daxili İR qaydaları ilə bağlı işçilərə lazımı məlumatların təqdim edilməsi
• İşçilərlə bağlı müvafiq məlumatların və hesabatların hazırlayıb Qrupun İR departamentinə təqdim etmək;
• İnsan Resursları departamentinin tələb üzrə bütün ümumi İR funksiyalarındaiştirak etmək;

Tələblər:
• Ali təhsil
• Müvafiq sahədə azı 1 il iş təcrübəsi
• Azərbaycan Respublikası Əmək Məcəlləsi və İnsan Resursları ilə bağlı digər qanunvericilik haqqında biliklər
• Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı
• Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  http://hr.gilanholding.com/v/3993