Baş Elektrik

İşin təsviri

Baş Elektrik

Gilan Kənd Təsərrüfatı Qrupu Baş Elektrik vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:
• Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə texniki sənədlərin tərtib olunması və icrası, bankın obyektlərində elektrik xəttlərinin və elektrik avadanlıqlarının quraşdırılması, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər, eləcə də verilmiş tapşırıqların tabeçilikdə olan əməkdaşlar tərəfindən yerinə yetirilməsinə nəzarət olunması aiddir.
• Mərkəzi ofisin və filialların elektrik təchizatı üzərində nəzarətin həyata keçirilməsi. Problemlər yarandığı təqdirdə həmin problemlərin səbəbləri və mümkün nəticələri haqqında bilavasitə rəhbərliyə məlumat verilməsi, eləcə də həmin problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi. 
• Ofisin, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi.
• İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması, elektrik təchizatı ilə məşğul olan təşkilatlarla və köməkçi strukturlarla qarşlıqlı əlaqələrin qurulması.
• Ofisdəki elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi, həmin tələblərin işçi heyət tərəfindən yerinə yetirilməsinə, sənədlərin mövcud prosedurlara müvafiq surətdə tərtib edilməsinə nəzarət olunması, rəhbərliyin tələblərinin və yeni sənədlərin müvafiq strukturlara çatdırılması.
• Mühəndislik menecerinin verdiyi bütün tapşırıqların yerinə yetirilməsi.
• Montajçı elektriklərin işini təşkil etmək və yerinə yetirilmiş içləri təhvil almaq,sənədləşməsinə nəzarət  etmək.

Tələblər:
• Elektrik ixtisası üzrə ali texniki təhsil
• Ən azı 3 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi
• İş müddətində verilən fasilənin 2 ildən artıq olmaması
• Yaş məhdudiyyəti yoxdur
• Azərbaycanın regionlarına tez-tez səfər etmək imkanı
• Mükəmməl təşkilatçılıq bacarığı
• İnzibati vəzifələrə konstruktiv yanaşma
• Ünsiyyətcillik, menecerlərlə və rəhbər şəxslərlə işləmək bacarığı
• Azərbaycan və rus dilləri biliyi, ingilis dili biliyi təqdirəlayiq hesab olunur

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  http://hr.gilanholding.com/v/3991