Təchizat üzrə Mütəxəssis

  • Gazelli Group
  • Elanın qoyulma tarixi: 27.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: GAZELLİ GROUP MMC

Vəzifə: Təchizat üzrə Mütəxəssis

Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

Vəzifə təlimatı:

 istehsalat üçün xammal və avadanlıqların alışı;
 yeni təchizatçıların axtarışı (tender üsulu ilə);
 təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
 müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
 gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
 gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
 yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
  alınmış malların qeydiyyatının 1C proqramında aparılması;
 istehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak edir;
 tədarükçülərin axtarışını həyata keçirir;
 tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparır;
 istehsalat ehtiyyatlarının hazırlanması;
 resurslara qənaət işlərinin aparılması;
 maddi-texniki təminatın təşkil olunması;
 tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və s.;
 qiymət araşdırması;

Tələblər:

• Ali təhsilli
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq qabiliyyəti
• Kompyuter biliyi: Microsoft Office, Excel, proqramlarını bilməli, 1C
• İş təcrübəsi əlaqəli sahədə : d5 ildən az olmayaraq
• Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti

Şərtlər:

• Stabil iş
• İş qrafiki: Həftənin 5 günü, saat 08.00-17.00
• İşə qəbul AR ƏM əsasında
• Qidalanma, mobil rabitə, transfer- şirkət tərəfindən
• Əmək haqqı razılaşma əsasında

Şirkət haqqında məlumat:

Azərbaycanda 20 ildən çox uğurla fəaliyyət göstərən, kosmetika və ətriyyat, kosmetologiya və məişət kimyası vasitələrinin istehsalı sahəsində ən aparıcı şirkət olan “Gazelli Group” MMC, gözəllik və sağlamlıq mərkəzləri şəbəkəsinə, habelə Müasir İncəsənət Qalereyasına malikdir.

İstehsal olunan məhsullar: “AromaCollection”, “Buta”,  “Sun+”; məişət kimyası

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər  28 may  2017-ci il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Satınalma üzrə Mütəxəssis” yazaraq, öz CV-lərinizi (foto ilə) və gözlənilən əmək haqqını [email protected] e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi