Daxili Auditor

  • Metak
  • Elanın qoyulma tarixi: 25.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 450 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Daxili Auditor

Vəzifə öhdəlikləri:

• Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq
• Aktivlərin qorunması
• Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
• Risklərin qiymətləndirilməsi
• Daxili audit siyasətini və strategiyasını müəyyən edir, təsdiqlənmiş plan üzrə fəaliyyət göstərmək

Namizədlərə tələblər:      

• ACCA F3, vergi uçotu – mükəmməl səviyyədə
• Yaş həddi: 25-35
• 5 ildən artıq iş təcrübəsi ( İstehsal müəssisəsində ən azı 3 il iş təcrübəsi)
• Baş mühasib vəzifəsində iş təcrübəsi arzuolunandır
• Rus dilinin biliyi mütləqdir
• Məqsədyönlülük bacarığları və stresə davamlılıq tələb olunur

• Ə/haqqı: 2500 AZN
• İş vaxtı: 5 gün, 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir

Maraqlananlar öz cv-lərini  https://www.metak.az/resume.php?vid=78 ünvanına 26.05.2017 il tarixinə kimi göndərə bilərlər.

Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə çağırılacaq.