“Baku Business Solutions” konsalting şirkəti Hüquqşünas (Conselor) vəzifəsinə vakansiya elan edir. Namizədlərə tələblər və vəzifə öhdəlikləri ilə aşağıda tanış ola bilərsiz.
Namizədlərə tələblər:
• Hüquq üzrə tanınmış universitetlərdən dərəcə;
• Korporativ hüquq sahəsində hüquqşünas kimi ən azı 3 il iş təcrübəsi;
• Korporativ hüququn, xüsusi olaraq vergi və gömrük qanunvericilyinin mükəmməl bilgisi, məhkəmə işlərində iştirak təcrübəsi;
• Yaxşı ünsiyyət, yazı və vaxt idarəetmə bacarıqları; e-poçt vasitəsilə müştərilər ilə ünsiyyət etmək qabiliyyəti;
• MS Office proqramlarından istifadə etmə bacarıqları;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmə üstünlük hesab ediləcək;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər.
Vəzifə öhdəlikləri:
• Müxtəlif müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair rəylərin verilməsi; Müqavilə öhdəliklərinin düzgün yerinə yetirilməsinin müəyyən etmək;
• Gömrük və vergi orqanları ilə məhkəmə çəkişmələrində müştərilərin maraqlarının müdafiə edilməsi;
• Tələb olunan zaman müştərilərlə görüşmək, görülmüş və görüləcək işlər barədə məlumat vermək;
• Tələb olunduqda, müştəriləri qanunvericilik bazası (kağız və ya elektron formatlarda) ilə təmin etmək;
• Müəssisənin daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin təmin etmək;
• Əmək müqavilələrinin hazırlanması üzrə və əmək hüququ üzrə konsultasiyaların verilməsi;
• Müştəriləri dövlət və ya məhkəmə orqanlarında təmsil etmək;
• Müəssisənin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin həlli;
Maraqlanan namizədlərdən öz yenilənmiş CV-lərini [email protected] electron poçtuna göndərmələri xahiş olunur. Elektron məktubun mövzusu olaraq “Hüquqşünas” qeyd edilməsi vacibdir.