Satış Təmsilçisi

İşin təsviri

Satış Təmsilçisi

Şirkətin adı: Sham-Fi International Trading Company

İş barədə məlumat:

- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Məhsulun istifadə müddətinə nəzarət etmək
- Gündəlik və aylıq hesabat aparmaq
- Müdiriyyətin tapşırıqlarını yerinə yetirmək

Namizədə tələblər:

- Ali təhsil
- Sürücülük vəsiqəsi B
- Şəxsi avtomobil mütləqdir
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, yüksək dərəcədə inandırmaq qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Öyrənməyə həvəsli

- Həftədə 6 iş günü, bazar günü istirahət

- Qəbul yalnız CV əsasında həyata keçirilir

Maraqlanan şəxslər CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etmək tələb olunur.

Telefon: (012) 448-02-73

E-mail: [email protected]