Hesabatlıq üzrə Mütəxəssis

İşin təsviri

Caspian Development Bank (CDB) ASC

Maliyyə departamenti, Hesabatlıq üzrə mütəxəssis
 
Vəzifə öhdəlikləri:
 
- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (ARMBNP), Azərbaycan Respublikasının Mərkəzi Bankına (ARMB), Əmanətlərin Sığortalanması Fonduna və digər dövlət qurumlarına, Bankın Müşahidə Şurasına və İdarə Heyətinə təqdim olunan hesabatların günlük, həftəlik, yarımaylıq, aylıq, rüblük, illik vəs. periodlarla hazırlanmasını həyata keçirmək;
-  ARMB-dan və ARMBNP-dan hesabatlıq məqsədləri çərçivəsində daxil olan şifahi və yazılı sorğuları aidiyyatı şöbələrlə birlikdə araşdırmaq və cavablandırılmasını həyata keçirmək;
- ARMB və ARMBNP tərəfindən tələb olunan yeni hesabat formalarının yaxud üzərində dəyişiklik edilmiş hesabat formalarının bankın ABİS-nə adaptasiya olunmasını müvafiq struktur vahidləri ilə birlikdə həyata keçirmək;
- Avtomatlaşdırılmış formada ABİS-dən alınan dövri hesabatlarda çıxan xətaların aradan qaldırılması üçün müvafiq stuktur bölmələri ilə birlikdə proqram təminatı üzrə iş aparmaq;
- Kənar audit şirkətləri ilə birgə Bankın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hesabat paketinin hazırlanmasında və rəy alınması prosesində iştirak etmək;
- Mərkəzi Bankın “Korporativ İdarəetmə Standartları”na uyğun olaraq Bankın maliyyə məlumatlarının açıqlanması üçün bankın aidiyyatı digər struktur bölmələri ilə əməkdaşlıq etmək.
 
Tələblər:
 
-         Ali iqtisadi və ya riyazi təhsil;
-         Excel proqramında sərbəst işləmək bacarığı;
-         Bankın Maliyyə departamentinin hesabatlıq hissəsində ən azı 6 ay və ya 1 (bir) il iş təcrübəsi;
-         ACCA sertifikasiyası arzuolunandır;
-         Azərbaycan, rus və ingilis dillərində sərbəst danışma qabiliyyəti;
-         AR MB-nın və AR Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlılığa aid tələbləri üzrə biliklər.
 
Əgər Siz qeyd olunmuş tələblərə uyğunsuznuzsa, onda CV-lərinizi Caspian Development Bankın [email protected] elektron ünvanına göndərə bilərsiniz! CV-lərinizi göndərərkən mailın “Subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərməyi unutmayın!

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, müsahibə prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.