Satış Mütəxəssisi

İşin təsviri

“Caspian Development Bank (CDB)" ASC
 
Vakansiya: Satış Mütəxəssisi 
 
İşçinin Vəzifələri:

•        Bankın iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, bankı müştəri qarşısında təmsil etmək;
•        Yeni müştəriləri cəlb etmək və onlarla uzunmüddətli əlaqələr yaratmaq;
•        Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
•        Kredit portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
•        Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
•        Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
•        Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
•        Kredit komitəsinin qərarına əsasən krediti rəsmiləşdirmək;

Tələb olunan kriterilər:

•        İqtisadiyyat, maliyyə və ya menecment sahələrində ali təhsil;
•        Korporativ və ya private bankçılıq satış sahəsində ən azı 3 illik təcrübəyə malik olmaq;
•        Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
•        Yüksək ünsiyyətqurma bacarığı;
•        Azərbaycan, Rus və Ingilis dillərində sərbəst danışıq;
•        MS Office proqramlarında (xüsusilə Word, MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləmək bacarığı.

CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, yalnız açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.