Audit

İşin təsviri

“Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılmasına baxmayaraq, tikinti bazarında öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən ən ondə gedən şirkətlərdən biridir. “Kontinent İnşaat” MMC-nin tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti  üzərində qurulmaqdadır. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edilir. Bir sözlə tikinti bizim üçün sadəcə biznes sahəsi yox, yeni həyat və düşüncə tərzidir.

Fəaliyyətimizin qısa dövründə bir sıra genişmiqyaslı layihələri həyata keçiririk ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

2010-cu ildən Azərbaycanda faəliyyətə başlayan “Kontinent İnşaat” müasir və səmərəli idarəetmə prinsiplərini uğurla tətbiq edən şirkətidir. Ölkənin inşaat sektorunda fəaliyyət göstərən “Kontinent İnşaat” öz xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmaq hədəfini seçən “Kontinent İnşaat” ölkənin memarlıq və inşaat sektoruna öz töhfəsini verməkdədir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, iş birliyi həyata keçirdiyi tərəfdaş şirkətlərin inkişafına dəstək verməklə yanaşı, fəaliyyət göstərdiyi biznes sektorlarında beynəlxalq normalara uyğun rəqabətin inkişafına təkan verir.

Audit

Tələblər

Tikinti sahəsinə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Ali təhsil
İş təcrübəsi;5il
Təhlil aparmaq bacarığı;
Təşəbbüskar olmalı;
Kompüterdə sərbəst işləməyi bacarmalı;
İnkişafa meyilli olmalı;
Məsuliyyətli və diqqətli olmalı.
Yaş həddi 30-40 arası
Müstəqillik və obyektivliyi saxlamaq bacarığı;
Güclü tədqiq və təhlil etmə bacarığı, nəticələrin təqdim edilməsinə fəal yanaşma;
Hesabatların hazırlanması bacarıqları;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
Tək və komandada işləmək bacarığı;
Bir neçə işin öhdəsindən eyni vaxtda gələ bilmək və tapşırıqların vaxtında yerinə yetirilməsi;
Yeni şərtlər, informasiya və problemlərə adaptasiya olunma bacarığı;
Mükəmməl ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri

Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarda həmin proseslərinin inkişafına dair tövsiyyələri vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yaxından iştirak.
Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Həftədə 6 iş günü.

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün cv-lərini elan olunmuş vakansiya başlığı altında "[email protected]" elektron ünvanına göndərsinlər.