Təchizatçı

İşin təsviri

“Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılmasına baxmayaraq, tikinti bazarında öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən ən ondə gedən şirkətlərdən biridir. “Kontinent İnşaat” MMC-nin tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti  üzərində qurulmaqdadır. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühiti mühafizə kodeksinə əməl edilir. Bir sözlə tikinti bizim üçün sadəcə biznes sahəsi yox, yeni həyat və düşüncə tərzidir.

Fəaliyyətimizin qısa dövründə bir sıra genişmiqyaslı layihələri həyata keçiririk ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

2010-cu ildən Azərbaycanda faəliyyətə başlayan “Kontinent İnşaat” müasir və səmərəli idarəetmə prinsiplərini uğurla tətbiq edən şirkətidir. Ölkənin inşaat sektorunda fəaliyyət göstərən “Kontinent İnşaat” öz xidmətləri ilə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc , dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmaq hədəfini seçən “Kontinent İnşaat” ölkənin memarlıq və inşaat sektoruna öz töhfəsini verməkdədir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, iş birliyi həyata keçirdiyi tərəfdaş şirkətlərin inkişafına dəstək verməklə yanaşı, fəaliyyət göstərdiyi biznes sektorlarında beynəlxalq normalara uyğun rəqabətin inkişafına təkan verir.

Təchizatçı

Tələblər:

Təchizat sahəsində ən az 5 il iş təcrübəsi
30-45 yaş
Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
Bazarı təhlil etmək bacarığı
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili yaxşı səviyyədə
MS Office proqramları
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
Stressə davamlılıq

Vəzifələr:

Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Açılmış sifariş formalarının analizi
Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması
Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək
Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması
Təchizatçıların seçimi və qiymətləndirilməsi
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Həftədə 6 iş günü.

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün cv-lərini elan olunmuş vakansiya başlığı altında "[email protected]" elektron ünvanına göndərsinlər.