Təmir tikinti üzrə Mühəndis

İşin təsviri

Təmir tikinti üzrə Mühəndis

Şirkət haqqında:

Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına (QSC) stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri Təmir tikinti üzrə Mühəndis vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

Əsas vəzifə və öhdəliklər:

• İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
• İşlərə mühəndislik baxımından rəhbərlik etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Təmir tikinti üzrə mühəndis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.