Dağ-mədən işləri üzrə mütəxəssis / kimyaçı

İşin təsviri

Dağ-mədən işləri üzrə mütəxəssis / kimyaçı

Əsas vəzifə və öhdəliklər:

• Müvafiq sahədə prioritetlərin formalaşdırılmasında, layihələrin işlənilib hazırlanmasında iştirak etmək;
• Dağ-mədən üzrə layihələrin sənədləşməsinin düzgünlüyünü təmin etmək və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarını dəqiq aparmaq;
• Dağ-mədən üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
• Strukturun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
• Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək;
• Müxtəlif dağ-mədən üzrə layihələrin planlaşdırılmasını (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) təşkil etmək;
• Dağ-mədən üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
• Mədən Laboratoriyasında işlərin düzgün təşkili və idarə edilməsinə nəzarət etmək;
• Laboratoriya işcilərinin işinə nəzarət etmək;
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Mədən (Fire assay, AAS, İCP və.s) laboratoriya sahəsində və kimya mühəndisliyi sahəsində təcrübəsi olanlara üstünlük verilir;
• Laboratoriya  sahəsinin keyfiyyət menecmenti sistemində (İSO   17025:2005 ) standart tələblərini bilməli;
• Microsoft Office proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Dağ-mədən işləri üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.