İnsan resurslarının idarəolunması şöbəsi, baş mütəxəssis (Gəncə şəhəri)

İşin təsviri

Vakansiyanın adı: İnsan resurslarının idarəolunması şöbəsi, baş mütəxəssis

İş yeri: Gəncə şəhəri

Əsas vəzifə və öhdəliklər:

• İşçilərin işə davamiyyətinə nəzarət etmək;
• Struktur bölmələr üzrə davamiyyət tabellərinin doldurulub təsdiqlənməsi və İnsan resurslarının idarəedilməsi şöbəsinə təqdim edilməsinə nəzarət etmək;
• İşçilərin gündəlik qidalanma ilə təmin edilməsinə nəzarət və qeydiyyatını aparmaq;
• İnsan resurslarının idarəedilməsi üzrə müvafiq qeydiyyatların aparılmasını təşkil etmək;
• Yeni işə qəbul olunmuş işçilərə uyğunlaşma təliminin keçirilməsini təmin etmək;
• İş üçün müraciət edən vətəndaşların müraciətlərinə baxılmasını təmin etmək və İşə qəbul sisteminə əsasən namizədlərlə ilkin müsahibələri təşkil etmək;
• İşçi müraciətlərinə qanunvericilik əsasında baxmaq və tədbirlər görmək;
• İşçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyyatını təmin etmək;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri arzuolunandır;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
• Müvafiq və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "İnsan resurslarının idarəolunması şöbəsinin baş mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.