Biznes Analitik

  • CyberNet
  • Elanın qoyulma tarixi: 23.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznes Analitik

Vəzifə öhdəlikləri:

• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi, təhlili, sənədləşdirilməsi və hazırlanmış sənədlərin müştəri ilə razılaşdırılması
• Məhsulun hazırlanması üçün əvvəlcədən hazırlanmış sənədlər əsasında müştərinin biznes proseslərinin proqramçılara və testçilərə izah edilməsi
• Hazır məhsuala dair təqdimat sənədlərin hazırlanması və təqdimatların keçirilməsi
• Tender çərçivəsində texniki sənədlərin hazırlanması, texniki tələblərin yazılması

Əsas tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi, və ya proqramçı kimi ən azı 5 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri yüksək səviyyədə, Ingilis dili texniki sənədləri oxumaq və yazmaq səviyyəsində
• Texniki sənədlərin hazırlanması bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

İş şərtləri və şəraiti:

• Rəqabətli əmək haqqı
• İş qrafiki: 5/8 iş rejimi (iş saatları 9:00 - 18:00)
• Sosial paket: mobil danışıqların ödənişi, tibbi sığorta

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes Analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.