Avtomatlaşdırma və Layihələrin Ekspertizası şöbəsinin Rəisi

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 22.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avtomatlaşdırma və Layihələrin Ekspertizası şöbəsinin Rəisinin
 
VƏZİFƏ  T Ə L İ M A T I

Vəzifə öhdəlikləri:

Ölçü vasitələrinin (təzyiq/sərf/səviyyə/temperature) spesifikasiyalaşdırılması və təyinatı üzrə seçilməsi
Mərkəzləşdirilmiş avtomatik idarəetmə sistəmləri üzrə təcrübə -PCS  (idarəetmə sistemi, nəzarət mexanizmi, həyəcan siqnalları, operator idarəetmə stansiyaları
Qəza dayanma sistemləri üzrə iş təcrübəsi (SIS)
Alov və qaz təyinatı sistemi  üzrə iş təcrübəsi (F&G)
Partlayış mühafizəli avadanlıqlar üzrə iş təcrübəsi
 
Neft və qaz sənayesində minimum 10 il iş təcrübəsi
Proses təhlükəsizliyi, avadanlıqlar və sistemlərin bütövlülüyü və SƏTƏMM üzrə mükəmməl məlumata sahib
Güclü ünsiyyət, təsir göstərə bilmə və əlaqələr yatada bilmə bacarıqlarına malik
Yaxşı danışıq və yazışma bacarığı
Güclü planlaşdırma və prioritetləşdirmə bacarığı
Müxtəlif millətli mühitdə işləyə bilmə bacarığı
 
Rəhbərliyinin dərkənarı ilə Şöbəyə daxil olan tapşırıqların, göstərişlərin vaxtında və yüksək peşəkarlıqla icrasını təmin edir;
Mənəvi köhnəlmiş avadanlıqların əvəz edilməsi ilə əlaqədar məsələlərin qaldırılmasında  iştirak edir;
İstehsalat obyektləri arasında artıq və ya lazım olmayan avadanlıqları yenidən bölüşdürmək üzrə təkliflər hazırlayır və icrasına nəzarət etmək;
İşin təhlükəsizliyi, həmçinin qrup halında olan bədbəxt hadisələrin, ölüm və yaxud ağır nəticəli hadisələrin təhqiq edilməsi üzrə komissiyanın işində , avadanlıqların istismarı və təmiri zamanı  qəzaların qarşısının almasını tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
İstehsalat sahələrinin normaya uyğun olaraq yanğınsöndürən alət və vasitələrlə təchiz olunmasını təşkil edir, onların saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
Texniki təhlükəsizliyinin  təmin  olunması şərtini nəzərə alaraq avtomatika və telemexanika, HT və NÖC-nın yeni vasitə və sistemləri sınagının keçirilməsini  təşkil  edir  və ona  rəy  verir;
Təhlükəsiz istismar şərtini nəzərə alaraq kompleks avtomatlaşdırma və telemexanikləşdirmə, avtomatlaşdırılmış idarəetmə sistemləri barəsində layihə smeta sənədlərinin vaxtında  hazırlanmasını təmin edir  və ona rəy verir;
Avtomatika, telemexanika, HT, NÖC  və onların təmir  istismar  ehtiyaclarına olan tələbat haqqında sifarişlərə baxır, qaydaya salır, onların göndərilməsini və illik fondların bölüşdürülməsini həyata keçirir;
Avtomatika vasitələrinin, avtomatlaşdırılmış avadanlıqlar, nəzarət-ölçü cihazlarının və vasitələrinin qeyri-dəqiq  işləməsi səbəbindən  müəssisə və təşkilatlarda baş verən qəza, bədbəxt və digər xüsusi ağır nəticələrə gətirib çıxara bilən  hadisələrin  tədqiq olunub  qarşısının alınması tədbirlərinin işlənilib hazırlanmasını təmin edir;
İT üzrə  iş, o cümlədən avadanlıqların quraşdırılması, xidmət və işçilər üzrə məsuliyyət daşıyır, kompüterlərin quraşdırılması üzrə gündəlik işləri  əlaqələndirir, müəyyən edilmiş plana uyğunluğu təmin etmək üçün sistemin cari işinə nəzarət edilməsini təmin edir;
Emal prosesi dayandıqda texnoloji prosesi yenidən işə salınmasını təmin edir;
Cəmiyyətin komyüterlərində oxuna bilən məlumat fayllarının və kompüter proqramlarının mühafizəsi və fiziki nəzarətini təmin edir;
Disk və kasetlərin (xarici elektron daşıyıcıların) səliqəli saxlanılması, məlumat fayllarına düzgün nəzarət edilməsi və saxlanılmasını təmin edir;
Kompüter  əməliyyatı və ya sınaq işləri üçün lazımi faylları dərc edir, arxiv fəaliyyətinin dəqiq qeydlərini aparır, ehtiyat arxivdə müvafiq faylların saxlanılmasını təmin edir;
Sistem və proqramlaşdırma işlərinə nəzarət edilməsini və baş kompüter (meynfreym) və PC-nin (şəxsi kompüter) istifadəsinə əsaslanan sistemlər üçün bütün sistemlərin təkmilləşdirilməsini və proqramlaşdırılmasını əlaqələndirilməsini təmin;
Proqramlaşdırmanı və digər şöbə üzrə prosedurları tərtib edir və ya həyata keçirilməsini təmin edir;
Ətraflı blok-sxemlər  tərtib ediləməsini, sınaq gedişləri üçün test məlumatları hazırlamaqla proqram məntiqinin təsdiq edilməsini, proqramların yenidən işlənməsini və dəqiqləşdirilərək və daha aşağı səviyyəli proqramlarda hazır proqramlarda istifadə olunan bütün prosedurları sənədləşdirilməsini təmin edir;
Lokal və qlobal şəbəkələr üçün telekommunikasiya sistemlərinin planlaşdırılmasına, quraşdırılmasına və yoxlanılmasına nəzarət edir;
Cəmiyyətin telekommunikasiya ehtiyatlarını dəstəkləmək üçün işə nəzarət edir;
İT avadanlıqları və aktivlərinin fiziki təhlükəsizliyi üzrə cavabdehlik daşıyır; kompüter ehtiyatlarının üzləşə biləcəyi təhlükə və zərərləri müəyyən etmək üçün riskləri təhlil edir, İT ehtiyatlarını və aktivlərini mühafizə etmək üçün müvafiq qaydalar yaratmaq məqsədilə İT və istifadəçi şöbələrlə əlaqə yaradılməsını təmin edir;
İstifadəçilər üçün hazırlanmış çıxış hesabatlarının (istifadəçi hesabatları) izahını təmin edir;
Daxil olan sənədləri  və çıxış hesabatlarını (məsələn, istifadəçilər üçün təlimat)  əks etdirən texniki informasiya hazırlayır;
Kompüter istehsalçıları, proqram təminatını dəstəkləyən kənar mütəxəssislər, proqramçılar və sistem analitikləri ilə əlaqəçi kimi fəaliyyət göstərir; və proqramlaşdırma və İT  əməliyyatları arasında sistemin inkişafına nəzarət edir;
Quraşdırma standartları və prosedurlarına uyğunluğu təmin etmək məqsədilə sistemin yaradılması layihələrinin inkişafını təhlil etmək üzrə məsuliyyət daşıyır;
Cəmiyyət tərəfindən vəzifə öhdəliklərinin (müvafiq işlərin) yerinə yetirilməsində ardıcılığın müəyyyənləşdirilməsi məqsədilə tərtib olunmuş "Prosedur"lara rəayət olunması;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Bilməlidir:

istehsalat proseslərinin avtomatlaşdırılmasının əsaslarını;ölçü texnikasının əsaslarını, neft sənayesində istifadə olunan əsas ölçü vasitələrinin ölçü hədləri sıralarını və texniki xarakteristikalarını;metrologiyanın əsas anlayışlarını,əsas texnoloji parametrlərin ölçü vahidləri sistemlərini və ölçü vahidləri arasında keçid formulalarını;əsas ölçü xətaları və onların hesablanma qaydalarını; elektronikanın əsaslarını, hesablama texnikasının əsaslarını;avtomatik tənzimləmənin əsaslarını;elektrotexnikanın əsaslarını;neft sənayesində istifadə olunan əsas parametrlərin elektrik, elektron,  pnevmatik çeviricilərini, onların standart siqnallarını; müəssisənin məhsul istehsalının texnologiyasının əsaslarını;
texniki sənədlərin işlənməsi və tərtib edilməsi üzrə əsasnamələri, təlimat və digər rəhbər materialları;Cəmiyyətin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını;
Vəzifə təlimatını; Cəmiyyətin daxili intizam qaydalarını; kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını. 
 
 E-mail:  [email protected]