Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Biznes Analizi və İnkişafı üzrə Mütəxəssis tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi
• Statistik məlumatların əldə edilməsi, saxlanması və analitik dəstəyin təmin edilməsi
• Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi, təhlili, müqayisəsi və hesabatların təqdim edilməsi (bazar, qiymət və müqayisəli təhlil)
• Bazarın vəziyyətinin araşdırılması, məlumatların əldə edilməsi və biznes qərarlarının verilməsi üçün səmərələşdirici təkliflərin irəli sürülməsi
• Bazarın genişləndirilməsi ilə əlaqədar strateji layihələrin həyata keçirilməsi/dəstəklənməsi
• Kommersiya şöbəsi üçün bütün səciyyəvi hesabatların vaxtında tərtib edilməsi.
• Vertikal inteqrasiya üzrə alternativ biznesin inkişaf istiqamətlərinin təhlili
• Biznesin inkişafı üçün sənaye yönümlü bencmarkların layihələndirilməsi və aparılması
• Biznes inkişaf layihələrinin həyata keçirilməsi və nəzarəti
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
• Maliyyə və iqtisad yönümlü ali təhsil
• İngilis dili bilikləri
• Word, Excel, SAP
• Əlaqəli sahə üzrə ən azı 1-2 il iş təcrübəsi
Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 03/03/2017