Vəzifnin adı: Qeydiyyatçı
Yerləşmə: Bakı, Azərbaycan
Tabedir: Ofis Menecer
Tələblərimiz:
• Ali təhsil;
• İnzibati ofisdə qeydiyyatçı vəzifəsi üzrə iş təcrübəsi;
• MS Office proqramını mükəmməl bilmək;
• Mükəmməl yazılı və şifahi nitq qabiliyyəti, problemləri həll etmək bacarığı, çeviklik, təşkilati və ünsiyyət bacarıqları, detallara qarşı diqqətli olmaq;
• Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dili arzuolunandır;
• Yarana biləcək problemlərin həllində bacarıqlı və aktiv olmaq;
• Təşkilatçılıq qabiliyyəti, çoxfunksionallıq, prioritetləri müəyyən etmək və təzyiq altında işləmək bacarığı.
Əsas məsuliyyətlər:
• İş yerini səliqəli vəziyyətdə saxlamaq və bütün lazımı materiallarla (qələmlər, formalar, kağızlar və s.) təchiz olunmasını təmin etmək;
• Bütün daxil olan zənglərə cavab vermək və yönləndirmək;
• Qonaqları qarşılamaq;
• Suallara cavab vermək və müraciətləri ünvanı üzrə yönləndirmək;
• Məktubları, bağlamaları və s. qəbul etmək və paylaşdırmaq;
• Hesabatları və faylları daim yeniləmək;
• Müştərilərə və ziyarətçilərə sorğularında yardım etmək;
• Verilmiş digər tapşırıqları yerinə yetirmək (cədvəllər, qeydiyyat kitabları və s.).
Necə müraciət etməli:
CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Qeydiyyatçı” vəzifəsini göstərməyi unutmayın.
Son tarix: 17 fevral 2017-ci il