Şəxsi Sürücü

  • ATL Group
  • Elanın qoyulma tarixi: 10.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Qrup (www.atl.az) 2012-ci ildə təsis edilmiş və bu müddət ərzində Azərbaycanda qabaqcıl biznes qurumlarından birinə çevrilməklə müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Buraya informasiya texnologiyaları, beynəlxalq səviyyədə tanınmış markaların istehsalı olan məişət avadanlıqları məhsullarının topdan və pərakəndə satışı, biznes konsaltinqi, avtomobillərin icarəyə verilməsi, təchizat və s. sahələr daxildir. Hal-hazırda ATL Qrup 4 müstəqil şirkətdən ibarətdir və 200-dən çox işçi qüvvəsinə malikdir.

ATL Şirkətlər Qrupu Şəxsi Sürücü vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə və öhdəliklər:

• Direktora müəyyən edilmiş avtonəqliyyat vasitəsinin idarə edilməsi;
• Direktorun işləri ilə bağlı respublika daxili müəyyən istiqamətlərdə daşınmanın təmin edilməsi;
• Avtomobil təmizliyinə daim nəzarət edilməsi;
• Avtomobil nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına və qaydalarına riayət etmək

Namizədə olan tələblər:

• Şəxsi sürücü kimi minimum 2 (iki) il iş təcrübəsi olması mütləqdir
• Yaş həddi 25 – 30, boy minimum 180
• Dil bilikləri: rus və azərbaycan
• B kateqoriyalı sürücülük vəsiqəsi
• Son dərəcə məsuliyyətli və etibarlı biri olmaq
• Dəyişkən iş mühitində çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq

Şirkətin təqdim etdiyi üstünlüklər:

• Korporativ nömrə
• Mehriban kollektiv

İş qrafiki və Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Bu vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində Şəxsi Sürücü qeyd etmək şərti ilə göndərə bilərlər.