Aqronom

İşin təsviri

Aqronom

Gilan Kənd Təsərrüfatı Qrupu Aqronom vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Əkin sahəsini hazırlayır və ziyanvericilərlə mübarizə yolları və qabaqcıl texnologiyaları həyata keçirir.
• Xəstəliklər və alaq otları ilə mübarizəyə yönəlmiş aqrotexniki tədbirlər, torpaq münbitliyinin artırılması və kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün inkişaf planı tərtib edir.
• Yüksək keyfiyyətli becərmə məqsədilə toxum və əkin materialı, toxum banklarının və tingliyin yaradılması işini təşkil edir.
• Ətraf mühitin vəziyyəti, hava şəraiti, məhsul cədvəlləri, bazar faktorları və toxumların becərilməsi üçün zəruri olan digər məsələlər barədə araşdırmalar aparmaq
• Yeni və faydalı bitkilər becərmək üçün əkinçilik üçün yeni texnikaları araşdırmaq və inkişaf etdirmək
• Aidiyyatı məsələlərdə sərbəst mühakimə və mülahizə etmək
• Rəhbərlik tərəfindən müəyyən olunmuş digər vəzifə və tapşırıqlar

Tələblər:

• Kənd təsərrüfatı sahəsində minimum 5 il iş təcrübəsi
• Ali təhsil (Kənd təsərrüfatl və ya Kimya/Biologiya)
• Toxum və bitkilər haqqında biliklər
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
• Probemlərin həll olunması baxımından güclü analitik və məntiqi düşünmə bacarığı
• Microsoft Office proqramlarını bilmək
• Azərbaycan dilini əla səviyyədə bilmək, Rus və ingilis dillərini bilməsi üstünlükdür.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı email ünvanına CV-lərinizi göndərməyiniz və ya göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur:

[email protected]

http://hr.gilanholding.com/v/3112#