Avtomatika Mühəndisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 01.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avtomatika Mühəndisi

İş haqqında məlumat

• Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək;
• PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək;
• Istehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi;
• Istehsada olan funksional maşınların HMI sistemləriniə nəzarət;
• Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi;
• Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək;
• Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
• Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq;
• Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək;
• Yeni xətlər, təchizatları və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək;
• Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək;
• Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitabların hazırladılmasını təmin etmək;
• Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək;
• İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmek;
• Texnoloji proseslərə uyğun lokal P&ID diaqramlarının qurulmasını təmin etmək;

Tələblər

• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• PLC və SCADA arasında əlaqə qura bilməli.

İş şərtləri

Növbəli iş qrafiki
Çalışma Yeri: Bakı Yağ Fabriki  (Sumqayıt şəh.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Avtomatika mühəndisi” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi