Müştəri xidmətləri üzrə Mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 29.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Müştəri xidmətləri üzrə Mütəxəssis

Yerləşmə: Bakı, Azərbaycan

Tələblər:

• Ali təhsil;
• Müvafiq vəzifədə ən az 3 il iş təcrübəsi. Təhsil sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;
• Azərbaycan və rus dillərini sərbəst bilmə;
• MS Office mükəmməl bilmə;
• Əla yazılı və şifahi ünsiyyət bacarıqları.

Əsas öhdəliklər:

• Məhsul və Şirkətin xidmətləri ilə əlaqədar məsələlərlə müştərilərə satışdan sonrakı köməyin göstərilməsi; 
• Fərdi əlaqə, telefon və ya elektron poçt vasitəsilə müştərilərə xidmətin göstərilməsi; 
• Lazımi cavab və həll yollarının əldə edilməsi məqsədilə bütün müvafiq departamentlərin köməyi ilə müştərilərin problemlərinin və suallarının araşdırılması və həll edilməsi; 
• Müştərilərin suallarına, təkliflərinə və problemlərinə dair onlarla aparılan müzakirələrin və yazışmaların dəqiq qeydiyyatın aparılması; 
• Müştərilərlə iş keyfiyyətinin daim artırılması, müştərilərə göstərilən xidmətlərin səviyyəsinin təkmilləşdirilməsi;
• Şirkətin müştərilərlə iş üzrə standartlarının və siyasətinin işlənib hazırlanması.

Əlaqə üçün məlumat:

 Xahiş olunur CV-nizi məktubun “Mövzu” hissəsində “Müştəri xidmətləri üzrə Mütəxəssis” qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərəsiniz. 

Son tarix – 10 dekabr 2016-cı il.

İşəgötürənin reytinqi